Məxfilik siyasəti

Fərdi Məlumatların Qorunması Siyasəti

Topladığımız məlumat necə istifadə olunur

Siz hər zaman "Prokter&GemblAzərbaycanServisləri" MMC (“P&G”) şirkətinə təqdim etdiyiniz məlumatları nəzarətiniz altında saxlaya bilərsiniz. Biz saytın ziyarətçiləri barədə iki növ məlumat toplayırıq: bizə könüllü təqdim etdiyiniz fərdi məlumat (ad, soyad, ünvan, telefon nömrəsi, elektron poçt ünvanı və s.) və ümumi məlumat (saytımızda neçə ziyarətçinin qeydiyyatdan keçməsi, onların giriş imkanı əldə etdikləri veb-saytlar və s.) Siz, öz haqqınızda bizə heç bir məlumat vermədən belə veb-saytımızı ziyarət edə bilərsiniz. Lakin bu zaman, ola bilsin ki, Siz bir sıra reklam aksiyalarında iştirak edə və məhsullarımız haqda məlumat əldə edə bilməyəcəksiniz. Biz, Sizin bizə könüllü təqdim etdiyiniz fərdi məlumatı o məqsədlə toplayır, qoruyur və istifadə edirik ki, elektron poçt da daxil olmaqla Sizinlə əlaqə yaratmaq imkanımız olsun və Sizin şərhlərinizə cavab verə bilək. Bundan əlavə biz, Sizin tələblərinizə cavab vermək və Sizin sorğularınıza adekvat reaksiya vermək məqsədilə Sizin fərdi məlumatlarınızdan Sizə daha faydalı olan məqsədəuyğun məhsullar və xidmətlər təqdim etmək üçün istifadə edə bilərik. Fərdi məlumatların ümumi saxlanma müddəti – 3 ildən çox deyildir. Saxlanma müddəti bitdikdən sonra toplanmış bütün fərdi məlumatlar ləğv ediləcəkdir.

Fərdi məlumatların mübadiləsi və onların ötürülməsi

“P&G” Sizin razılığınız olmadan “P&G”-ninözü və fərdiməlumatlarınızı təqdim etdiyiniz əmtəə nişanı istisna olmaqla, Sizin şəxsi məlumatlarınızı hər-hansı digər şəxslərə verməyəcək və ya ötürməyəcəkdir (qanunda nəzərdə tutulmuş hallar və məlumatın toplanması zamanı Sizin bu barədə aşkar razılıq bildirdiyiniz hallar istisnadır).

Bəzi hallarda fərdi məlumatlar (məsələn, ad, poçt ünvanı və elektron poçt ünvanı) barədə informasiyanı “P&G” ilə əməkdaşlıq edən vasitəçilərə və tərəfdaşlara təqdim edilə bilər. Vasitəçilər və tərəfdaşlar bu məlumatlardan yalnız “P&G”-yəxidmətlərini təqdim etdikləri zaman istifadə edə bilərlər və onlar bu məlumatları ötürə və ya sata bilməzlər. Vasitəçilər və tərəfdaşlar tərəfindən göstərilən xidmətlər məhsul nümunələrinin poçt vasitəsilə göndərilməsindən və “P&G” tərəfindən təşkil edilən promo aksiyalar, müsabiqələr və s. Bu kimi tədbirlər çərçivəsində istifadəçilərlə əlaqə yaradılmasından ibarətdir. Sizin fərdi məlumatlarınız “P&G”nin məlumatlar bazasında qorunub saxlanılacaqdır. Məlumatlar bazası “P&G”nin mülkiyyətidir.