Qaydalar


 

Pantene Möcüzəsi fotomüsabiqəsinin şərt və müddəaları

"Prokter&Gembl Azərbaycan Servisləri" MMC-nin ("Təşkilatçı") sifarişi ilə "121" MMC ("İcraçı") tərəfindən keçirilən foto müsabiqənin (“Yarışma“) sizə burada verilmiş şərtlərə, müddəalara və bildirişlərə dəyişiklik etmədən tərəfinizdən qəbul edilməsi şərtilə təklif olunur.

XAHİŞ OLUNUR, BU YARIŞMAYA QATILMAZDAN ƏVVƏL AŞAĞIDAKI ŞƏRT VƏ MÜDDƏALARI DİQQƏTLƏ OXUYUN.

Bu Yarışmaya qatılmaqla, siz iştirak şərtləri, aşağıda təqdim olunan müddəalar və bütün tətbiq olunan qanunlar ilə razılaşmış olursunuz. Əgər siz bu şərtlərlə razı deyilsinizsə, bu Yarışmada iştirak edə bilməzsiniz.

Yarışmanın müddəti

Yarışma 3 noyabr- 4 dekabr 2017-ci il tarixləri arasında davam edəcək.

Yarışmada iştirak qaydaları

Yarışmada iştirak üçün Siz:

  1. Sağlam və Güclü saçlarınızla fotonuzu çəkməlisiniz;

  2. Bu fotonu Instagram hesabınızda hər kəsə açıq şəkildə #PanteneMocuzesi həşteqi ilə paylaşmalısınız;

Kimlər yarışmada iştirak edə bilər

Yarışmada aşağıdakı tələblərə cavab verən şəxslər iştirak edə bilər:

Ölkə xaricinə çıxmağa heç bir məhdudiyyəti olmayan, Azərbaycan Respublikası ərazisində yaşayan 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşı olan qadınlar, həmçinin Azərbaycan Respublikası ərazisində qanuni əsaslarla yaşayan əcnəbi qadınlar və vətəndaşlığı olmayan qadınlar.

Fotoların moderasiya meyarları

Təsdiq olunan şəkillər www.pantenemocuzesi.az saytında yayımlanacaq. Fotoların məzmununda və ya formatında aşağıda qeyd olunan pozuntular müəyyən olunduğu halda Təşkilatçı iştirakçı tərəfindən təqdim olunan və ya yayılan məzmunları təsdiqləməmək hüququnu özündə saxlayır:

Mükafat

 

Qaliblərin seçilməsi

Yarışma çərçivəsində tələblərə cavab verən iştirakçılar arasından 2 qalib seçiləcəkdir. Qaliblər Türkiyənin məşhur siması Neslihan Atagül Doğulu tərəfindən seçiləcəkdir.

Qaliblərin elan olunması

Qaliblər 6 dekabr 2017-ci il tarixində www.pantenemocuzesi.az vebsaytında, Sağlam Saçlar Facebook səhifəsində elan ediləcək və qaliblərin İnstagram hesablarına şəxsi ismarıc göndərilərək xəbər veriləcək.

İstifadəçi Tərəfindən Təqdim Olunan Materiallar

Müddət; Xitam

Bu şərt və müddəalar Yarışmaya daxil olduğunuz andan etibarən sizə şamil olunur. Bu şərt və müddəalar və ya onlardan hər hansısı qaliblər təyin olunanadək hər hansı səbəbdən, bildiriş verilmədən İcraçı tərəfindən dəyişdirilə və ya xitam oluna bilər. Ümumi müddəalar istənilən xitam halından sonra da qüvvədə qalacaq.

Ümumi müddəalar