Mükafat

Qaliblər hər il Türkiyədə ən məşhur simaların iştirakı ilə təşkil olunan “Pantene Altın Kelebek Mükafatları” adlı mükafatlandırma mərasimində iştirak hüququ qazanacaq. Bu tədbirdə iştirak üçün qaliblərin təyyarə biletləri və digər nəqliyyat xərcləri, qidalanma, hoteldə yerləşmə, geyim, aksesuar və saç düzümü Təşkilatçı tərəfindən təşkil olunacaq. Qaliblər Mükafatlandırma Gecəsinə "Pantene"lə hazırlanacaq, qırmızı xalıda parlayan saçları ilə yeriyəcək, onların foto çəkilişləri ediləcək və Türkiyənin məşhur simaları ilə birbaşa tanış olma fürsəti qazanacaqlar.