“Böyük Dəyişim” adlı Tirajlı Stimullaşdırıcı Lotereyanın Keçirilmə Şərtləri

1. Loteraya təşkilatçısı haqqında məlumat.

1. Loteraya təşkilatçısı haqqında məlumat.

1.1 Lotoreyanın adı və keçirilmə forması: “Böyük Dəyişim” Tirajlı Stimullaşdırıcı Lotereya (bundan sonra-Lotereya)

1.2 Lotereyanın təşkilatçısı:

Adı:
“M Group Production” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra- “Təşkilatçı”)
Ünvan:
Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 16, mənzil 41
Poçt ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 36.
Telefon:
+99412-4976006; +99450-4976006
VÖEN:
1400561401

Bank rekvizitləri:

Adı:
“M Group Production” Məhdud Məsuliyyətli Cəmiyyəti
Hüquqi Ünvan:
Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 36
VÖEN:
1400561401
Hesab (AZN):
AZ31AZEG40060944013427300001
Adı:
“Azəriqazbank” ASC
Kodu:
505817
VÖEN:
9900019651
Müxbir hesab:
AZ22NABZ01350100000003017944
S.W.I.F.T BIC:
AZEGAZ22

1.3 Lotereya 15 oktyabr 2018-ci il tarixindən 01 dekabr 2018-ci il tarixinə qədər keçiriləcək (bundan sonra Lotereyanın keçirilmə müddəti).

1.4 Lotereyada iştirak hüququnun təsbit olunması forması Lotereya biletidir.

1.5 Lotereya Azərbaycan Respublikası ərazisində keçirilir.

1.6 Lotereyada “Prokter & Gembl” tərəfindən Türkiyədə keçiriləcək “Altın Kelebek” mükafatının təqdimetmə mərasimində iştirakçı qismində yer almaq üçün 2 ədəd dəvətnamə və əlavə olaraq “WorldTelecom” tərəfindən 8 ədəd philips telefonu hədiyyələri veriləcəkdir.

2. Lotereya iştirakçıları haqda məlumat

2.1.1 Konsertə giriş üçün əldə olunan hər bir dəvətnamə həm də təşkil olunan tirajlı-stimullaşdırıcı lotereya biletidir.

2.1.2 Lotereyada yalnız Bazarstore Xətai-Xətai r., Babək pr.11-29, Bravo Xətai-Xətai r.,Rəfiyev küç 29. Bravo 20 yanvar- Tbilisi prospekti, Məhəllə 3007, Bravo Gənclik mall - Gənclik mallun 1-ci mərtəbəsi, F.Xoyski 38, Bolmart Təzə Bazar-Nəsimi r. S.Vurğun 75 B, Bravo Koroğlu - H.Əliyev pr. 24 ünvanlarından “Pantene” xüsusi dəstlərini alan şəxslər iştirak edir.

2.2 Aşağıdakı şəxslər Lotereyanın iştirakçısı sayılmır və iştirak etmək hüququna malik deyildir:

2.2.1 Lotereyanın təşkilatçısının əməkdaşları və onların ailə üzvləri (həyat yoldaşı, övladları, qardaşı, bacısı, valideynləri).

2.2.2 Lotereyanın keçirilməsi ilə əlaqədar olan və yaxud Lotereyanın keçirilməsinə cəlb olunan reklam agentliklərinin nümayəndələrinin və ya partnyorlarının sahibləri və ya əməkdaşları və onların ailə üzvləri (həyat yoldaşı, övladları, qardaşı, bacısı,valideynləri)

2.2.3 Lotereya qaydalarının müəyyən edilməsi üzrə komissiyanın üzvləri, əməkdaşları və onların ailə üzvləri (həyat yoldaşı, övladları, qardaşı, bacısı, valideynləri)

3. Lotereya biletinin əlamətlərinin təsviri

3. Lotereya biletinin əlamətlərinin təsviri

3.1 Lotereya Təşkilatçısının adı və ünvanı, lotereyanın keçirilmə forması, lotereya biletinin sıra nömrəsi, uduş fondunun oynanılması qaydası, uduşlu lotereya biletinin lotereyanın təşkilatçısı tərəfindən qəbulu, habelə uduşların verilməsi (ödənilməsi) qaydası və müddəti göstəriləcəkdir. “M Group Production“ MMC-nin loqosu, lotereyanın adı, uduş fondundakı məhsulların bir qisminin təsviri, tərəfdaşların loqosu (“Prokter & Gembl”, “World Telecom”) olacaqdır.

3.2 Lotereya biletinin ölçüləri: 210 mm x 85 mm

3.3 Lotereya biletinin üzərində seriya nömrəsi qeyd olunur.

4. Lotereyada iştirakın şərtləri

4. Lotereyada iştirakın şərtləri

4.1 Lotereyada iştirak etmək üçün aşağıdakıların olması zəruridir:

4.2 Hər bir iştirakçı öz biletinin sıra nömrəsi üzrə Lotereyanın uduşunu qazanmaq üçün bərabər imkanlara malikdir.

4.3 Lotereyanın iştirakçısı hazırki qaydaların bütün şərtlərini yerinə yetirən şəxs sayılacaq.

5. Uduş fondu

5.1 Lotereyanın iştirakçıları aşağıdakı uduşları əldə etmək imkanına malikdilər:

5.1.1 Uduşların siyahısı:

- Philips telefonu - 8 ədəd Xenium X588
- Türkiyədə keçiriləcək “Altın Kelebek” mükafatının təqdimetmə mərasimində tamaşaçı
qismində yer almaq üçün 2 ədəd dəvətnamə

5.2 Uduş fondu yuxarıda göstərilən uduşlarla məhdudlaşır.

5.3 Uduş yalnız mövcud şərtlərə əsasən Lotereyanın iştirakçıları tərəfindən əldə oluna bilər.

6. Uduş fondunun oynanılması-qalibin müəyyən edilməsi

6.1. Tirajın uduş fondunun oynanılması tarixi: 02 /12/2018

6.2. Uduş fondunun oynanılması-uduşu qazanmaq hüququ əldə edərək Lotereya iştirakçısı və Lotereyada uduş əldə etmiş iştirakçının (bundan sonra- Qalib) müəyyən edilməsi mövcud qaydalara uyğun olaraq aşağıda göstərilən təlimat nəzərə alınmaqla həyata keçirilir.

6.3. Tirajın uduş fondunun oynanılması zamanı əvvəlcə uduşa qoyulmuş əşyanın adı elan olunacaq, sonra lototrondan bir ədəd bilet çıxarılacaq. Həmin biletin sıra nömrəsinə uyğun biletin sahibi həmin uduşu qazanmış hesab olunacaq.

7. Tirajlı lotereyanın uduşlarının alınma qaydası və şərtləri

7.1 Uduşun təqdim edilməsi təşkilatçının fəaliyyət ünvanında həyata keçiriləcək.

7.2 Uduşlu Lotereyanın qalibi uduşu almaq üçün uduşlu lotereya biletini (bilet tam, oxunaqlı, cırılmamış, pozulmamış, və 3.1. 3.2 bəndlərində qeyd edildiyi kimi olmalıdır), qalibin şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməyə borcludur.

7.3 Qalib 7.2. bəndində göstərilən sənədlərin hər hansı birini təqdim edə bilmirsə, uduş qalib Lotereyanın iştirakçısına verilə bilməz.

7.4 Uduşun dəyərinin pul ekvivalenti verilmir.

7.5 Qaliblər uduşları almaq üçün tirajın oynanıldığı gündən etibarən 90 iş günü ərzində Lotereya təşkilatçısına (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 36) müraciət etməlidir.

7.6 Lotereya təşkilatçısı tərəfindən müraciət qəbul olunduqdan sonra uduş 30 (otuz) iş günündən gec olmayaraq sahibinə təqdim olunacaqdır.

7.7 Cəmiyyət lotereya biletinin mülkiyyəti ilə bağlı hər hansı mübahisə olduğu halda, mübahisə ilə bağlı Azərbaycan Respublikası məhkəmələrinin və müvafiq hüquq-mühafizə orqanlarının yekun qərarlarına qədər uduşun verilməsindən imtina etmək hüququnu özündə saxlayır.

8. İştirakçının və qalibin hüquqları

Lotereya iştirakçısının qaliblərinin aşağıdakı hüquqları vardır:

8.1. Lotereyanın şərtləri ilə tanış olmaq;

8.2. Hazırki şərtlər ilə müəyyən olunan qaydada Lotereyada iştirak etmək, şərtlərdəki dəyişikliklər haqqında məlumat almaq;

8.3. Lotereyanın şərtlərinə müvafiq olaraq Lotereya haqqında məlumatın alınmasını Təşkilatçıdan tələb etmək;

8.4. Uduş fondunun oynanılmasında iştirak etmək;

8.5. Təşkil olunmuş konsertə giriş bileti əldə etmək;

8.6. Qalibin öz biletinin sıra nömrəsinə uyğun olaraq 5.1. -ci bənd əsasında Təşkilatçıdan uduşun verilməsini tələb etmək;

8.7. Uduşun verilməsinin gecikdirilməsi zamanı məhkəməyə müraciət etmək;

8.8. Qalib şəxsi qərarına əsasən əldə etdiyi uduşdan istifadə etmək, yəni, sonrakı istifadə üçün uduşu üçüncü şəxslərə ötürmək hüququna malikdir. (Fiziki şəslər, Azərbaycan Respublikası ərazisində daimi yaşayan AR vətəndaşına).

9. İştirakçının vəzifələri

9.1 Lotereyanın iştirakçıları Lotereyada iştirak və Lotereyanın şərtləri ilə müəyyən olunan müddətdə uduşların alınması ilə əlaqədar olan bütün tələbləri yerinə yetirməyə borcludur.aşına).

10. Təşkilatçının vəzifələri

10.1. Lotereyanın Təşkilatçısı Lotereyanın keçirilməsini başa çatdırmağa, o cümlədən də, uduşların təqdim olunmasını həyata keçirməyə, bu İştirakçılara qarşı münasibətdə digər zəruri tələbləri icra etməyə borcludur.

10.2. Lotereyanın keçirilməsinin vaxtından əvvəl dayandırılması zamanı Lotereyanın Təşkilatçısı kütləvi informasiya vasitələrində Lotereyanın keçirilməsinin dayandırılması haqqmda məlumat dərc etməyə və digər üsul ilə bu cür dayanma haqqında kütləvi xəbərdarlıq etməyə borcludur.

10.3. Lotereyanın keçirilməsinin dayandırılması və ya vaxtından əvvəl dayandırılması Lotereyanın Təşkilatçısını uduşların təqdim olunması və dgər zəruri tələblərin həyata keçirilməsi zərurətindən azad etmir.

10.4. Lotereyanın Təşkilatçısı hazırkı şərtlər və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olmaqla üçüncü şəxslərə Lotereyanın İştirakçısı haqqında məlumatı təqdim etmək hüququna malik deyildir.

10.5. Lotereyanın Şərtlərinin bütün tələblərini yerinə yetirmiş Qaliblərə uduşlar verilməlidir.

11. Məhdudiyyət

11.1. Lotereya Təşkilatçısının məsuliyyəti uduşun hazırki qaydalarla müəyyən edilmiş dəyəri və sayı çərçivəsindən kənara çıxmır.

12. Lotereyanın şərtləri barədə məlumatlandırma qaydası və üsulu

12.1. Lotereyada iştirak etmək İştirakçının avtomatik şəkildə hazırki Şərtlərlə tanışlığını və tam razılığını nəzərdə tutur.

12.2. Lotereyanın qaydaları barədə məlumatlandırma Lotereya barədə elan verilməsi və yayımlanan reklam materiallarında Lotereya barədə qısaldılmış məlumatın yerləşdirilməsi vasitəsi ilə həyata keçirilir.

12.3. Əlavə məlumat üçün Lotereyanın keçirildiyi müddət ərzində 088 440 00 00 (qaynar xətt) telefon nömrəsinə zəng etmək olar.

12.4. Lotereyanın şərtləri və tirajın uduş fondunun nəticələri Xəzər Tv vasitəsilə elan olunacaq.

“M Group Production” MMC-nin Direktoru Murad Dadaşov